Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qullar kəndində sakinlərlə görüşüb
08 avqust 2025 | 16:32
Avqustun 7-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qullar kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Səyyar qəbul zamanı vətəndaşlar kənddaxili yolun təmiri, qəzalı elektrik dayaqlarının yenilənməsi, fərdi evə qaz və elektrik xəttinin çəkilməsi, torpağın sənədləşməsinə köməklik olunması, məişət tullantılarının müntəzəm təmizlənməsi və digər məsələlər üzrə müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






