Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şambul kəndində səyyar qəbul keçirib

28 noyabr 2023 | 17:07
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 27-də Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Maqsud Bazarov kəndin  Cirinqov obası adlanan ərazisində artezian quyusunun qazılmasına, Çingiz Burtiyev yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə, Məhəmməd Məmmədov kəndin Sumux oba adlı ərazisində yeni trasformatorun qoyulmasına,  Ömər Zurnayev məktəbin qarşısındakı yolda xəbərdarlıq nişanlarının qoyulmasına, Kərimət Qazaxova fərdi yaşayış evinin sənədləşdirilməsinə, Hacı Çixinov sel zamanı Mazımçay çayının daşaraq kənd qəbiristanlığının torpaqlarını yuyumasının qarşısını almaq üçün məcrasının dəyişdirilməsinə və çayın üzərindəki körpünün təmir olunmasına köməklik edilməsini, İsa Hacıyev isə maddi yardım göstərilməsini xahiş edib.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər