Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Tülü kəndində səyyar qəbul keçirib

18 sentyabr 2025 | 18:11
  Sentyabrın 18-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Tülü kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Füzuli rayonlarına səfərləri, həmçinin sakinlərlə görüşləri barədə məlumat verib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ömər Orucov 14 ailənin yaşadığı əraziyə yeni su xəttinin çəkilməsinə, Ramazan Akqubayev kəndin “Qıraq oba” adlanan ərazisində yolun təmir edilməsinə, eyni zamanda suvarma məqsədilə artezian quyusunun qazılmasına, Fərman Dibirov M.Ə.Sabir küçəsində yolun təmir olunmasına,  Gülbəniz Qocayeva isə Tofiq İsmayılov küçəsində qəzalı elektrik dayaqlarının və xətlərinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsini xahiş ediblər.
  Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.
Keçidlər