Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Katex kəndində sakinlərlə görüşüb

21 iyun 2024 | 17:31

   İyunun 20-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Katex kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a hazırlıq məqsədilə iyunun 19-21-də Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı haqqında məlumat verib.

   Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Vahid Mamedov kənd ərazisində məişət tullantılarının atılması üçün yer ayrılmasına, Əzizət Şoranova kəndin Godobqara adlanan ərazisində elektrik enerjisinin verilişindəki fasilələrin aradan qaldırılmasına, Səxavət İsmayılov “Dəli çay”ın Biyanlıq və Arılıaxı adlanan ərazidən keçən hissəsində çay yatağının təmizlənməsinə, Kəlimət Məmmədova isə kəndin Qarahacılı adlanan ərazisində içməli su xəttinin çəkilməsinə kömklik edilməsini xahiş ediblər.

   Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

   Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər