Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Katex kəndində səyyar qəbul keçirib

14 yanvar 2023 | 16:24

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yanvarın 13-də Katex  kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək sakinləri yeni il münasibətilə təbrik edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan danışıb, Balakən rayonunda görülmüş işlərdən söz açıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Səyyar qəbulda Katex KİƏD üzrə nümayəndənin və bələdiyyənin 2022-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Saadu Hacıyev Beretbinə yaşayış məntəqəsində 3,4 km uzunluğunda yolun asfaltlanmasına, İslam Şabanov kəndin Qarahacıllı adlanan hissəsində pay torpaqları sahəsinə suvarma suyunun mütəmadi olaraq verilməsinə, Ramazan Babayev kənd ərazisindəki qəbiristanlıqların təmizlənməsinə, Şahruddin Ölkəliyev “Savxozoba” adlanan ərazidə işıq dirəklərinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər