Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Kortala kəndində sakinlərlə görüşüb

08 aprel 2024 | 15:50
  Aprelin 8-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Kortala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək qarşıdan gələn Ramazan bayramı münasibətilə sakinləri təbrik edib, İslam dünyasının ayrılmaz hissəsi olan ölkəmizdə milli və dini mərasimlərin, eləcə də Ramazan bayramının hər il böyük  xalq sevgisi ilə təntənəli sürətdə qeyd olunduğunu bildirib. Rayon rəhbəri diqqətə çatdırıb ki, bu gün Vətən müharibəsində qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.
  Sonra kənd sakinlərinin işlə təmin olunma, kənddaxili yolların təmiri, artezian quyusunun qazılması, Balakən və Katex çayının kəndin ərazisindən keçən hissəsində sahil bərkitmə işlərinin aparılması ilə bağlı müraciətlərinə baxılıb.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər