Balakən Rayon İcra Hakimiyyətinin başçısı Mahamalar kəndində sakinlərlə görüşüb
08 may 2024 | 12:30
Mayın 7-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Mahamalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək bildirib ki, hər ilin 10 may tarixinin Ulu Öndər Heydər Əliyevin doğum günü, tariximizin ən möhtəşəm səhifələrindən biri, Azərbaycan xalqının böyük minnətdarlıqla qeyd etdiyi, ehtiramını, məhəbbətini bildirdiyi gündür. 101 yaşını qeyd etdiymiz dahi şəxsiyyət tariximizin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad olunacaq sabahıdır. Ulu Öndər dövləti, xalqı üçün əvəzedilməz işlər görüb. Ulu öndər Heydər Əliyev xalqın son ümid yeri olub. Xalqımızı zülmətdən aydınlığa apararan dahi şəxsiyyət hər bir azərbaycanlının xilaskardır. Rayon rəhbəri diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi məktəbinin ən layiqli varisi - Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Cənab İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasət, uğurlu xarici diplomatiya ilə Ümumilli Liderin yarımçıq qalan işlərini başa çatdırdı. Bu gün Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bütün bu uğurlar Ulu Öndərin siyasi kursunun layiqli davamıdır, Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq, xalqımızı daha böyük uğurlara, parlaq gələcəyə doğru aparacaqdır.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.