Balakən Rayon İcra Hakimiyyətinin başçısı Meşəşambul kəndində səyyar görüş keçirib
18 oktyabr 2024 | 11:02
Oktyabrın 17-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Meşəambul kəndinin Qazbölük yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən, bir aydan sonra Bakının ev sahibliyi edəcəyi beynəlxalq tədbirin - COP29 iqlim konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.