Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Meşəşambul kəndinin sakinləri ilə görüşüb

04 iyul 2024 | 15:27

   İyulun 4-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Meşəşambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

   Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Mirvari Osmanova kəndin “Təzə kənd” adlanan ərazisində yolun təmir olunmasına, eyni zamanda elektrik verilişində yaranan fasilələrin aradan qaldırılmasına, Hacı Osbanov M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, Hudul Hudulov kəndin “Hudulovlar oba” adlanan ərazisində artezian quyusunun təmizlənməsinə, Şəhmir Qurdayev bələdiyyənin balansında olan bulağın küçəyə çıxarılmasına, Zumrat Mosulov isə kəndin “Qurdayevlər oba” adlanan ərazisində subartezian quyusunun qazılmasına köməklik göstərilməsini xahiş ediblər.

   Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

   Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər