Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 04 fevral 2026-cı il tarixində vətəndaş qəbulu keçirib

04 fevral 2026 | 14:12

04 fevral 2026-cı il tarixində Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu təşkil olunub. Qəbulda Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə dövlət qurumlarının yerli nümayəndələrinə tövsiyələr verilmişdir. Qəbul zamanı şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilmişdir.

Keçidlər