Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev "Azərbaycan Bayrağı" ordenli Şəhid Harun Alqayevin ailəsini ziyarət edib.

09 aprel 2026 | 15:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev "Azərbaycan Bayrağı" ordenli Şəhid Harun Alqayevin ailəsini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb və ailə üzvləri ilə səmimi görüş keçirib. Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu və göstərdiyi qəhrəmanlıq nümunələri bir daha ehtiramla yad edilib, onun xatirəsinin daim uca tutulduğu vurğulanıb. Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə işlər davamlı xarakter daşıyır.
Görüşdə, həmçinin Balakən Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayon şöbəsinin rəisi iştirak edərək, şəhid ailələrinə hər zaman dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər