Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev növbəti şəhid ailəsini ziyarət edib.
15 aprel 2026 | 15:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi şəhidi Murtuzov Məhəmməd Ramazan oğlunun ailəsini ziyarət edib. Ziyarətdə Balakən Rayon Polis Şöbəsinin və Balakən Rayon Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi iştirak edib.
Görüş zamanı şəhidimizin döyüş yolundan, etdiyi şücaət və qəhrəmanlıqdan danışılıb. Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə işlər uğurla davam etdirilir. Rayon icra hakimiyyətinim başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib.
Şəhid valideynləri Ramazan Murtuzov və Səadət Murtuzova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






