Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev növbəti səyyar qəbulu Şərif kəndində keçirib  

19 mart 2026 | 11:00

2026-cı il mart ayının 19-da rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Azərbaycan xalqının milli adət-ənənəsini, tarixini, mədəniyyətini özündə ehtiva edən Novruz bayramı və müqədəs Ramazan bayramı münasibətilə sakinləri təbrik edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Qurban Nooyev çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər, həmçinin  son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.

Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri yolun asfaltlanması, İnter çayının məcrasının təmizlənməsi, elektrik transformatorunun yerinin dəyişdirilməsi, aşağı gərginlikli elektrik naqillərin yenilənməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər