Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Şəhid qızını doğum günü münasibətilə təbrik edib

21 may 2026 | 17:00

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Antiterror əməliyyatı zamanı şəhid olmuş Köklərov Sərxan Eyvaz oğlunun ailəsini ziyarət edib. Eyni zamanda doğum günü münasibətilə şəhidin qızı Məryəm Köklərovanı təbrik edərək, ona uzun ömür, can sağlığı və dərslərində uğurlar arzulayıb.
Qeyd edək ki, Antiterror əməliyyatı zamanı şəhid olmuş Köklərov Sərxan Eyvaz oğlunun Aysu, Məryəm və Yusif adında övladları Vətənə əmanət qalıb.
Səmimi şəkildə keçən görüşdə şəhidimizin anası Xalisət Köklərova, həyat yoldaşı Günel Köklərova, qardaşları Absələddin Köklərov və Ceyhun Köklərov şəhidimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, həyat və şərəfli döyüş yolundan söz açıblar.

Allah cəmi Şəhidlərimizin ruhunu şad eləsin, ailələrinə səbr versin.

Keçidlər