Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi qazisi və paraatlet Ömər Bozbaxovla görüşüb

14 oktyabr 2026 | 17:00
Bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi qazisi, beynəlxalq idman arenalarında respublikamızı layiqincə təmsil edən paraatlet Ömər Bozbaxovla görüşüb. Rayon rəhbəri Ömər Bozbaxovun məişət şəraiti, sağlamlıq durumu və sosial ehtiyacları, idmanda əldə etdiyi nailiyyətlərlə maraqlanıb. Onun Vətən müharibəsində göstərdiyi şücaətin, eyni zamanda idmançı kimi əzmkarlığının gənc nəslə örnək olduğunu vurğulayıb.
Vətən müharibəsi qazisi Ömər Bozbaxov müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Ömər Bozbaxov Vətən müharibəsində yaralandıqdan sonra reabilitasiya prosesini keçərək paraatletika (nüvə itələmə) idman növü ilə məşğul olmağa başlayıb. Bu idman növü üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.
2023-cü ildə İsveçrənin Notvil şəhərində keçirilən beynəlxalq Qran-pri yarışında ikinci yeri tutaraq dünya çempionatında iştirak etmək hüququ qazanıb. Həmin il Fransanın paytaxtı Paris şəhərində keçirilən Dünya Çempionatında iştirak edib. 2024-cü ildə İtaliyada keçirilən beynəlxalq Qran-pri yarışında birinci yeri tutub.
2026-cı ildə Tunisdə keçirilən beynəlxalq Qran-pri yarışında nüvə itələmə növündə 14,07 metr nəticə göstərərək ifəxri kürsünün ikinci pilləsinə qalxıb. Bu nəticə ilə dünya reytinqində altıncı pilləyə yüksələn Ömər Bozbaxov 2027-ci ildə Özbəkistanda keçirilməsi nəzərdə tutulan Dünya Çempionatına vəsiqə qazanıb.
Vətən müharibəsindən sonra idmana qayıdan Ömər Bozbaxovun qazandığı nailiyyətlər məqsədyönlü hazırlığın və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etmək əzminin nəticəsidir.
Ömər Bozbaxova gələcək yarışlarda uğurlar və qələbələr arzulayırıq.
Keçidlər