Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi şəhidi Cavid Yüzbaşiyevin ailəsini ziyarət edib
12 may 2026 | 16:00
Görüşdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak edib.
Səmimi şəkildə keçən görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışılıb. Qeyd edək ki, Yüzbaşıyevlər ailəsi Vətən üçün canından keçən qəhrəmanlar övladlar yetirmişdir. Şəhidimizin atası Yüzbaşiyev Cavanşir Camaldin oğlu torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda aparılmış müharibədə 1992-ci ildə yaralanaraq əlili olmuş və 2019-cu ildə vəfat etmişdir. Şəhidimizin əmisi Yüzbaşiyev Cahangir Camaldin oğlu isə 1992-ci ildə şəhid olmuşdur. Yüzbaşiyevlər ailəsi Vətənimizə xidmətləri və qəhrəmanlıqları ilə qürur duyduqlarını bildirdilər. Şəhidlərimiz hörmət və ehtiramla xatırlandı.
Vurğulandı ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayon rəhbəri Natiq Ağayev şəhid ailəsinin gündəlik qayğıları ilə maraqlanaraq cəmi şəhidlərimizə Allahdan rəhmət ailələrinə səbr dilədi.
Şəhid anası Aynur Yüzbaşiyeva şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.






