Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Yeni Şərif kəndində sakinləri qəbul edib

21 noyabr 2025 | 09:02

  Noyabr ayının 20-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.  Həmçinin Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.

  Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ruslan Lokov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin  son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat veriblər.

 Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Elşad Qoqayev kənd ərazisində qəzalı elektrik dayaqlarının və xətlərinin yenisi ilə əvəz olunması, Qabaqçöl qəsəbəsində yeni xəstəxana binasının tikilməsi, kəndin ucqar yerlərinə sərnişindaşıma avtobuslarının işləməməsi,  Havva Urkayeva kəndin H.Xəlilov küçəsinin asfaltlanması,  Bəsirət Sofiyeva həyat yoldaşının əlilliyə görə aldığı müavinətin bərpa olunmasına köməklik göstərilməsi barədə  rayon rəhbərinə müraciət ediblər.

  Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər