Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev yeni yaradılacaq intensiv bağçılıqla tanış olub
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev fərdi sahibkar Layıcov Elməddin Nəcməddin oğluna məxsus kiçik meyvə və giləmeyvələrin konservləşdirilməsi müəssisəsində, eyni zamanda salınması nəzərdə tutulan intensiv qırmızı moruq bağının ərazisində olub.
Baxış zamanı rayon rəhbərinə müəssisənin istehsal imkanları, emal olunan məhsul çeşidləri və yeni intensiv meyvə bağının salınması istiqamətində görülən hazırlıq işləri barədə ətraflı məlumat verilib. İcra başçısı rayonda aqrar sektorun inkişafı, yerli istehsalın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması baxımından bu cür sahibkarlıq təşəbbüslərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qeyd edək ki, Balakən rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir.






