Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin şəhid ailələri ilə görüşləri davam edir
16 aprel 2026 | 17:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən Müharibəsi şəhidi Əlisoltanov Vahid Tahir oğlunun ailəsini ziyarət edib. Görüşdə həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən rayon şöbəsinin və Balakən Rayon Polis Şöbəsinin rəisi iştirak ediblər. Ziyarət zamanı ailə üzvlərinin gündəlik qayğıları dinlənilib, mövcud məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Görüş zamanı şəhidin göstərdiyi şücaət və Vətən uğrunda etdiyi fədakarlıq ehtiramla yad olunub. Bildirilib ki, şəhidlərin əziz xatirəsi daim uca tutulur və onların ailələrinə göstərilən diqqət dövlətin əsas prioritet istiqamətlərindəndir. Şəhidin bacısı oğlu, dayısının adını daşıyan körpə də vətənpərvər ruhda böyüdülür. Ailə üzvlərinin sözlərinə görə, körpə siması və davranışları ilə dayısını xatırladır.
Qeyd edək ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Şəhid valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.






