Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Qasbinə kəndində sakinlərlə görüşüb
2026-cı il mart ayının 12-də rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev Qasbinə kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib. Balakən rayonunda icra olunan abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şamil Mahamaxanov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, məşğulluq vəziyyəti və ərazidə həyata keçirilən işlər barədə, həmçinin son səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti ilə bağlı məlumat verib.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Kənd sakinləri içməli su xəttinin çəkilməsi, Səməd Vurğun küçəsində qəzalı elektrik dayaqlarının yenisi ilə əvəzlənməsi, həyətyanı torpaq sahəsi və sahibkarlıq fəaliyyəti üçün yer ayrılması, əlilliyin təyin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.






