Balakən Rayon İcra Hakimiyyətinin başçısı Poştbinə yaşayış məntəqəsində səyyar görüş keçirib
25 oktyabr 2024 | 10:00
Oktyabrın 24-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri Zəngilan rayonunun işğaldan azad edilməsindən, bu rayonda aparılan quruculuq işlərindən danışıb, həyata keçirilən layihələrdən söz açıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.