Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qaracabinə yaşayış məntəqəsində səyyar qəbul keçirib

24 noyabr 2023 | 14:10
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 23-də Mahamalar kəndinin Qaracabinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Mehparə Mahmudova yaşayış məntəqəsinin 19 ailənin yaşadığı İvanovka adlı ərazisində içməli su probleminin həllinə, Nailə Qaracayeva yaşayış məntəqəsinə marşrut xəttinin çəkilməsinə və  içməli su probleminin həlli üçün  1 ədəd artezian quyusunun qazılmasına, Vüsalə Mikayılova məktəbə internet xəttinin çəkilməsinə, Ramilə Hacıyeva isə yaşayış məntəqəsinin İvanovka adlı ərazisində kəndarası yolların hamarlanmasına köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər