Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qazbinə yaşayış məntəqəsində sakinlərlə görüşüb
04 aprel 2024 | 15:44
Aprelin 4-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən danışıb. Bildirilib ki, COP29 konfransına evsahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsidir. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın göstəricisidir.
Sonra kənd sakinlərinin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.