Balakən Rayon İcra Hakimiyyətinin başçısı qazilər və müharibə iştirakçıları ilə görüşüb
Noyabr ayının 28-də rayon icra hakimiyyətinin başçısı cənab Natiq Ağayev qazilər və müharibə iştirakçıları ilə görüş keçirib.
Rayon rəhbəri cənab Natiq Ağayev görüş zamanı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərindən bəhs edib. Qazilərə hər zaman dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.
Qazi və müharibə iştirakçılarının müraciətlərini dinləyən RİH-nin başçısı bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülüb.






