Balakən Rayon İcra Hakimiyyətinin başçısı rayon dindarları ilə görüşüb
Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayev Mərkəzi Cuma məscidində rayon dindarları ilə görüşüb.
Görüşdə çıxış edən rayon rəhbəri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin , Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkədə yeni məscidlərin tikilməsi, dini abidələrin bərpa olunması dövlətimizin dinə olan münasibətinin bariz nümunəsidir. Eyni zamanda icra başçısı rayonda yas mərasimlərinin sadələşdirilməsinin, israfçılığın qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Balakən rayonunda görüləcək işlərdə dindarların, o cümlədən ağsaqqalların dəstəyinin əhəmiyyətini vurğulayıb.
Səmimi söhbət şəraitində keçirilən görüşdə din xadimlərinin rəy və təklifləri dinlənilib.
Görüş çərçivəsində məscidin binasına və minarəyə baxış keçirilib, görülən işlərə nəzər salınıb, mövcud şəraitlə yaxından tanış olunub.






