Balakən Rayon İcra Hakimiyyətinin başçısı Roçəhməd yaşayış məntəqəsində sakinlərlə görüşüb
12 iyul 2024 | 16:55
İyulun 11-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Hənifə kəndinin Roçəhməd yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Solmaz Abdullayeva Roçəhməd yaşayış məntəqəsində 10 km uzunluğunda yolun asfaltlanmasına, Murğuztala yaşayış məntəqəsində suya olan tələbatın ödənilməsi üçün artezian quyusunun qazılmasına, Eminət Anayeva “Təzə kənd ” adlanan ərazidə su xəttinin, Arif Tavatov isə optik internet xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.