Balakən Rayon İcra Hakimiyyətinin başçısı Şambul kəndində səyyar qəbul keçirib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 15-də Şambul kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycanın artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrdən, Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Maqsud Bazarov Şambul kəndində uşaq bağçasının tikilməsinə, Musalova Məlahət kəndin “Herayevlər” obası adlanan ərazisində artezian quyusunun qazılmasına, Şaban Qurdayev isə internet xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.