Balakən Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüşüb
09 aprel 2024 | 13:00
Aprelin 9-da müqəddəs Ramazan bayramı ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Azad Balayev Şəhidlər Xiyabanını ziyarət edib, şəhid ailələri və qazilərlə görüşüblər.
Rayon rəhbəri şəhid ailələrini Ramazan bayramı münasibətilə təbrik edib, səmimi arzu və diləklərini çatdırıb. Bildirib ki, xalqımız hər zaman öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il yüksək səviyyədə qeyd olunur. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.