Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı sel nəticəsində ciddi ziyan dəymiş içməli su mənbələrinə baxış keçirib.

15 iyul 2026 | 18:08

Bu gün icra başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən su mənbələrində olublar. Rayon rəhbəri ərazidə həyata keçirilən təmir-bərpa işləri ilə yerində tanış olub. Qeyd edək ki, dəymiş ziyanın miqyası çox böyükdür. Su mənbəyi və borular seldən ciddi zərər görüb. Fəsadların tez bir zamanda aradan qaldırılması, əhalinin içməli su ilə təminatının həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verib.

Keçidlər