Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Talalar kəndində sakinlərlə görüşüb

25 iyun 2024 | 09:19

   İyunun 25-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.

   Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Osman Əzizov kəndin  “Çimənlik” adlanan ərazisində elektrik transformatorunun yenisi ilə əvəz olunmasına, yeni güc avadanlıqlarının quraşdırılmasına, həmçinin yolun asfaltlaşdırılmasına, Xuraman Süleymanova Talalar-Tülü kəndləri sərhədindəki əraziyə elektrik dayaqlarının verilməsinə, Nüsrət Əsgərov kəndin “Bayrambinə” adlanan ərazisində suvarma kanallarının təmizlənməsinə, Mübariz Tülüyev kəndin “Tülülarxı” adlanan ərazisində yolun təmir edilməsinə, Elşad Mustafayev evinə optik internet xətinin çəkilməsinə, Məryəm Sevixanova isə fərdi yaşayış evinə elektrik sayğacının qoyulmasına  köməklik göstərilməsini xahiş ediblər.

   Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

   Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər