Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Talalar kəndində səyyar qəbul keçirib

08 sentyabr 2022 | 17:18

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 8-də  Talalar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Kənd sakinlərini salamlayan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə nəzər salıb, rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri Sədrəddin Şahverdiyev arteziandan içməli su xəttinin çəkilməsinə, Rəhim Abdullayev elektrik xətlərinin keçdiyi yerlərdə ağacların budanmasına, Aynurə Abdullayeva yaşadığı “Tülüləraxı” oba adlanan ərazidə yola qum, çınqıl tökülərək qreyderlə hamarlanmasına, Cavid İsmayılov isə Talalar kənd 2 saylı tam orta məktəbdə birinci siniflərdə əsas xarici dilin alman dilindən ingilis dilinə dəyişdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

Keçidlər