Balakən Rayon İcra Hakimiyyətinin başçısı Tülü kəndində sakinlərlə görüşüb
13 iyun 2024 | 17:13
İyunun 13-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Tülü kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Qüdrət Mehdiyev 200 m uzunluğundakı yolun təmir edilməsinə, Mina Əliqayeva Tülü-Qullar kəndləri sərhədindəki qəzalı elektrik dayaqlarının yenisi ilə əvəz olunmasına və yolun qum-çınqıl tökülərək hamarlanmasına, Ramazan Akqubayev kəndin “Qıraq oba” adlanan ərazidəki 1 km uzunluğunda yolun təmir edilməsinə, eyni zamanada sahibsiz küçə itlərinin çoxalması ilə əlaqədar tədbir görülməsinə kömklik edilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.