Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Yeni Şərif kəndində səyyar görüş keçirilib

15 fevral 2024 | 10:51

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev fevralın 15-də Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək 7 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin bütöv Azərbaycanda baş tutan ilk seçki kimi tarixə həkk olunduğun bildirib. Rayon rəhbəri seçkilərin xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutduğunu qeyd edib. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki çıxışı haqqında məlumat verib.

   Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ramazan Ceerçiyev kənd ərazisində qəzalı elektrik naqillərinin yenisi ilə əvəz olunmasına,  Cənnət Papaxova kəndin “Lokoba” adlanan ərazisində artezian quyusunun qazılmasına,  Abdulla Papaxov Yeni Şərif marşrut xətti üzrə hərəkət edən marşrutların səhər saat 08:00-da işə başlamasına, Məryəm Çöpsiyeva isə ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş ediblər

   Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

   Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər