Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Yeni Şərif kəndində səyyar qəbul keçirib

09 dekabr 2022 | 10:28

   Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev dekabrın 8-də Yeni Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycanın artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrdən, Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıb.

   Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Tinov Bağmanov Yeni Şərif kənd tam orta məktəbinin qarşısında yol hərəkəti nişanının qoyulmasına, Şamil Severxanov Hədisovlar obası adlanan ərazidə işıq dirəklərinin dəyişdirilməsinə, Elxan Yekəyev Lok oba ərazisində işıq dirəklərinin yenisi ilə əvəzlənməsi və öz həyətyanı ərazisində yerləşən işıq dirəklərinin yerinin dəyişdirilməsinə  köməklik göstərilməsini xahiş ediblər.

   Vətəndaşların müraciətləri nəzarətə götürülüb. Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib, bəzi müraciətlər aidiyyəti orqanlara göndərilməsi üçün qeydiyyata alınıb.

 

Keçidlər