Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
21 iyun 2023 | 09:48
21 iyun 2023-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Turan Dibirov, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mülki Müdafiə İdarəsinin rəisi əvəzi mayor Sərvan Əsədov, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin mülki müdafiə üzrə Qərargah rəisləri, özəl sahibkarlıq sahəsinin nümayəndələri iştirak ediblər.