Balakən rayonu ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir
04 avqust 2023 | 11:32
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsi və Balakən Rayon İcra Hakimiyyətinin qanunsuz tikintilərlə bağlı keçirdiyi birgə tədbirlər nəticəsində rayonunun Salban və Qazbinə yaşayış məntəqələrində 2 ədəd qanunsuz tikinti müəyyən olunmuşdur.
Keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb, obyektlər nəzarətə götürülüb və ətrafı lentlə bağlanıb. Vətəndaşlara tikinti ilə bağlı qanunvericiliyə uyğun sənədləri hazırladıqdan sonra tikinti işlərini davam etdirməsi tövsiyə edilmişdir.