Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda ağacəkmə aksiyası keçirilib

21 noyabr 2023 | 17:55
  Noyabrın 21-də Balakən rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi və Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Balakən şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində həmişəyaşıl və digər ağaclar əkilib.
  Aksiyada rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.
  Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Keçidlər