Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün təlimlər keçirilib

04 avqust 2023 | 16:31
  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən 31 iyul, 01 və 04 avqust tarixlərində Balakən rayonuda dövlət qulluqçuları üçün təlimlər keçirilib.
  Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimlər “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, həmçinin “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularını əhatə edib.
  Təlimlər zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
 
Keçidlər