Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda GPON (mənzilədək optik kabelin çatdırılması) texnologiyasının tətbiqi ilə əlaqədar optik xətt şəbəkəsinin tikintisi işləri uğurla davam edir

06 oktyabr 2022 | 11:15

“Aztelekom” MMC Şimal-qərb regional filialının Balakən şöbəsi tərəfindən  2021-ci ilin oktyabr ayından rayon ərazisində GPON (mənzilədək optik kabelin çatdırılması) texnologiyasının tətbiqi ilə əlaqədar olaraq Qazbinə kəndi və şəhər ərazilərində optik xətt şəbəkəsinin tikintisi işlərinə başlanılmışdır.

Artıq Qazbinə kəndinin ərazisində xətt şəbəkəsinin tikintisi başa çatdırılmış və şəhər ərazisində tikinti işləri davam etdirilir (şəhər ərazisinin böyük hissəsində artıq optik xətt şəbəkəsinin tikintisi başa çatdırılmaq üzrədir).

04 oktyabr 2022-ci il tarixdə GPON şəbəkəsinin ilk abunəçisi olaraq Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Tural Rəşidovun atası Fazil Rəşidovun yaşadığı mənzilə telefon və yüksəksürətli internet çəkilişi aparılıb.  Çəkilişin sənədləşdirilməsi üçün tələb olunan rüsum şöbə tərəfindən ödənilmiş, splitterdən mənzilə qədər çəkilmiş drop kabel, optik modem və telefon aparatı şəhid atasına pulsuz olaraq təqdim edilmişdir.

Qeyd olunmalıdır ki, Balakən şəhəri ərazisinin digər hissələrində optik xətt şəbəkəsinin tikintisinə başlanılıb və 2022-ci ilin sonunadək Mahamalar, Salban kəndlərini, Gərəkli kəndinin bir hissəsini əhatə etməklə xətt şəbəkəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulub.

Şəbəkənin tam hazır olduğu ərazilərdə əhaliyə optik xətt üzərindən təqdim edilən telefon və internet xidmətlərinin çəklişi prosesləri davam etdirilir.

Növbəti mərhələlərdə Balakən rayonunun qalan ərazilərini əhatə etməklə GPON layihəsi üzrə tikinti işləri davam etdiriləcək və 2025-ci ilin sonunadək hər bir ailə telefon və yüksəksürətli internet xidmətləri ilə təmin ediləcəkdir.

Keçidlər