Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirildi.

18 fevral 2026 | 17:31

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində fevralın 18-də Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında müvafiq dövlət qurumlarının regional idarələrinin rəhbərlərinin iştirakı ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Turan Dibirov bildirib ki, görüşün keçirilməsində əsas məqsəd mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır. İcra başçısının müavini rayon ərazisində həyata keçirilən layihələr barədə ətraflı məlumat verərək, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıblar. Həmçinin rayonda fəaliyyət göstərən ABAD-ın fəaliyyəti də təhlil olunmuşdur.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər