Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda yaş barama tədarükünə başlanılıb

12 iyun 2026 | 12:00
Balakən rayonunda barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə 97 kümçü ilə müqavilə bağlanıb, onlara 600 qutu ipəkqurdu toxumu paylanılıb. Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 24,0 tona çatdırılması qarşıya hədəf qoyulub.
Mövsümün ilk günündə kümçülər tərəfindən rayondakı keçmiş barama toxumu zavodunun qəbul məntəqəsinə 1799,3 kiloqram yaş barama təhvil verilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev barama tədarükü məntəqəsində olub, kümçülərlə görüşüb. Kümçülərin problemləri ilə maraqlanan icra başçısı onlara müvafiq tapşırıq və tövsiyələrini verib. Zəhmətlərinin bəhrəsinin bərəkətli olmasını və bol qazanc götürmələrini arzulayıb.
Qeyd edək ki, kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət isə əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə kümçülərə 6 manat subsidiya ödəyir. Nəticədə kümçü təhvil verdiyi hər kiloqram yaş baramaya görə ümumilikdə 11 manat gəlir əldə edir.
Keçidlər