Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirilib

29 mart 2024 | 11:09
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə martın 29-da rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili”  ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib. Rayon rəhbəri qeyd edib ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır. Ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın göstəricisidir. COP29 konfransına evsahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsidir.
Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Tədbirdə, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda həyata keçiriləcək tədbirlər müzakirə olunub, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. İl ərzində keçiriləcək tədbirlərdə bütün təşkilatların, habelə geniş rayon ictimaiyyətinin fəal iştirakının zəruriliyi vurğulanıb.
Keçidlər