Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH başçısının növbəti səyyar qəbulu Sarıbulaq kəndində keçirilib

11 avqust 2023 | 10:58

    Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev avqustun 10-da Sarıbulaq kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

    Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

    Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.

    Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.

    Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər