Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-in başçısı İslam Rzayev növbəti vətəndaş qəbulunu Katex kəndində keçirib

02 may 2025 | 10:52

  Mayın 1-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Katex kəndində səyyar qəbul keçirib. Qəbulda Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumundakı çıxışından bəzi hissələri iştirakçıların diqqətinə çatdırıb. Həmçinin ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasətdən bəhs edib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Nazlı Əbəçiyeva kəndin Godobqara adlanan ərazisində subartezian quyusunun qazılmasına, Ramazan Babayev Katex kənd “Mərkəzi” məscidinin təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir

Keçidlər