Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı İslam Rzayev Qabaqçöl qəsəbə sakinlərinin müraciətlərini dinləyib

27 dekabr 2024 | 17:26

  Dekabrın 27-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qabaqçöl qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və qəsəbə sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar və həlak olanlar içərisində Balakən rayon sakinlərinin olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə qəza nəticəsində rayon sakinlərindən xəsarət alanların və həlak olanların ailələrinə maddi və mənəvi dəstəyin göstərildiyini, eyni zamanda digər zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.
  Sonra qəsəbə sakinlərinin müraciətlərinə baxılıb.
  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər