Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı İslam Rzayev Qullar kəndində səyyar qəbul keçirib

17 mart 2025 | 17:24

  Martın 17-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qullar kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.

  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət  haqqında məlumat verib. Eyni zamanda, martın 13-də keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyevin çıxışından bəzi məqamları iştirakçıların diqqətinə çatdırıb.

  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.

  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər