Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı İslam Rzayev sakinlərin müraciətlərini dinləyib

19 dekabr 2024 | 17:10

  Dekabrın 19-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Qaysa kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurları qeyd edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər