Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı İslam Rzayev vətəndaşlarla görüş keçirib

05 aprel 2025 | 12:55

  Aprelin 3-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Qazma kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 27-də Ağdam rayonuna səfəri çərçivəsində yeni mənzillərə köçən sakinlərlə görüşdə səsləndirdiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Vaqif Əliyev kənd ərazisindəki magistral asfalt yolda çala təmiri işlərinin aparılmasına, Əhməd Əliyev kəndin Mirallaoba adlanan ərazisində qəzalı elektrik dayağının və kabelinin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
  Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

 

Keçidlər