Balakən RİH-nin başçısı İslam Rzayev Xalatala kəndində səyyar qəbul keçirib
Martın 18-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Xalatala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilən sosial siyasət haqqında məlumat verib. Eyni zamanda, martın 13-də keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyevin çıxışından bəzi məqamları iştirakçıların diqqətinə çatdırıb. Rayon rəhbəri qəbulda iştirak edən vətəndaşları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər birinə cansağlığı arzulayıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb.
Rayon rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.