Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən RİH-nin başçısı Şərif kəndində sakinləri dinləyib

19 sentyabr 2024 | 17:55
  Sentyabrın 19-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri ötən ilin 19-20 sentyabr tarixində Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışıb, noyabr ayında keçiriləcək COP29-un ölkəmiz üçün əhəmiyyətindən söz açıb.
  Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Bəşir Qıstarov İnter çayının sel sularından mühafizəsi üçün çayın məcrasının təmizlənməsinə, Diana Qarabaltayeva kəndin “2-ci körpü” adlanan ərazisində yerləşən transformatordakı dövrə kəsicinin(rubilnik) dəyişdirilməsinə, Şamil Yusubov “Qacarovlar oba” adlanan ərazidə 2 km uzunluğunda yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
  Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı  aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
  Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər